Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Panarama.az bildirir ki, bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Xatırladaq ki, daha öncə oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.