650ba3bda2564202309230029
Bakıda 2 avtomobil yandı

Bakının Xətai rayonunda iki nəqliyyat vasitəsində yanğın olub.

Panarama.az APA-ya istinadla xəbər verir ki, yanğın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində qeydə alınıb. İlkin məlumata görə, zibil qutusunda baş verən yanğın əvvəlcə "Opel" markalı minik avtomobilinə keçib. Daha sonra yanğın genişlənərək, minik avtomobilinin yanındakı "Hyundai" markalı avtobusa keçib. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xətai Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

21.09.2023 05:55
210

(MGID): :
OXŞAR XƏBƏRLƏR