64e1ffa57f195202308235725
Bakıda 22 yaşlı gənc bıçaqlanıb

Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

Panarama.az  "Report"a istinadən xəbər verir ki, mübahisə zəminində bıçaqlanan 2001-ci il təvəllüdlü Məmmədyarov Sabir Cavad oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

20.08.2023 15:54
220

(MGID): :
OXŞAR XƏBƏRLƏR