6715739cac05f202410241820
Bakıda 25 yaşlı gəncə xəsarət yetirilib, şübhəli şəxsin axtarışları aparılır

Bakıda 25 yaşlı gəncə xəsarət yetirilib, şübhəli şəxsin axtarışları aparılır.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, oktyabrın 20-də günorta saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Ş.Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.

21.10.2024 01:17
227

(MGID): :
OXŞAR XƏBƏRLƏR