Bakıda 3 nəfərin mobil telefonu oğurlanıb.
Panarama.az Lent.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisələr müxtəlif vaxtlarda Nəsimi rayonu ərazisində baş verib.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev müəyyən edilərək saxlanılıb.