6750038f6a110202412242359
Bakıda 4 uşaqlı ailədə FACİƏ - Ata öldürüldü, ana saxlanıldı

Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.

 

Panarama.az  xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.

 

Onların 4 azyaşlı övladının olduğu bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Qafqazinfo)

04.12.2024 11:22
106

(MGID): :
OXŞAR XƏBƏRLƏR