6639f9f9aca1b202405245257
Bakıda 41 yaşlı prokuror faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda prokuror yol qəzasında vəfat edib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayev qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Abdullayev doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və baş müstəntiq vəzifələrində də çalışıb 


07.05.2024 13:49
242

(MGID): :
OXŞAR XƏBƏRLƏR