668771a93e1e3202407240809
Bakıda ağcaqanad dərmanı faciəyə səbəb olacaqdı - VİDEO - FOTO

06:15

Bakının Binəqədi rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, Natiq Həşimi 31 ünvanında Şamil Manafova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Onun iddiasına görə, hadisə vaxtı o evdə olmayıb. Yanğına səbəb isə ağcaqanad dərmanının yandırılması olub.

Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Hazırda ekspertiza işləri aparılır. Qeyd edək ki, Ş.Manafov Çernobıl əlilidir.

--------

00:55

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.

Panarama.az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğınla bağlı təfərrüatlı məlumat verilməyib.



05.07.2024 08:06
233

(MGID): :
OXŞAR XƏBƏRLƏR