6541f3eadf393202311234458
Bakıda ana və qızını döydülər - Biri öldü

Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub.

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, oktyabrın 30-da saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

01.11.2023 10:43
415

(MGID): :
OXŞAR XƏBƏRLƏR