6531d3f5340c4202310231221
Bakıda avtobus qəza törətdi, sərnişinlər təxliyə olundu...

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Panarama.az APA-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qara Qarayev prospektində qeydə alınıb.

Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. Toyota isə “Hyundai”-a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb.

Avtobusdakı sərnişinlər təxliyə edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

20.10.2023 05:09
428

(MGID): :
OXŞAR XƏBƏRLƏR