64d9b20dae69d202308234813
Bakıda avtomobil işıq dirəyini aşırıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü minik vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə deformasiyaya uğrayıb.

Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yararsız vəziyyətə düşən minik avtomobili cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

14.08.2023 08:45
187

(MGID): :
OXŞAR XƏBƏRLƏR