658e713164fd4202312231145
Bakıda avtomobil məscidə çırpıldı, ölən və yaralananlar var + FOTOLAR

Bakıda avtomobil idarəetməni itirərək “Heydər” məscidinin divarına çırpılıb.

 

Panarama.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 03 radələrində baş verib.

 

Müslim Saidovun idarə etdiyi “Kia Rio” markalı avtomobil “Heydər” məscidinin divarına çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin Nihat Mehdizadə müxtəlifdərəcəli xəsarətlər alıblar. Digər sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

29.12.2023 11:10
1132

(MGID): :
OXŞAR XƏBƏRLƏR