64e349c683882202308232558
Bakıda avtomobil park etmək BU HALDA PULSUZDUR - FOTO/VİDEO

Ökədə yeni parklanma qaydaları tətbiq edilsə də qanunsuz pul yığanlar yenə iş başındadır.

Panarama.az BAKU.WS-ə istinadən  xəbər verir ki, parklanma ödənişləri onlayn formada olsa da “parkovşik”lər ərazilərdən yığışmayıb.

Belə ki, həmin “işbaz”lar sürücülərdən nağd pul tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, parklanmaya görə nağd pul ödənişləri qanunsuzdur: "7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur".

Tural Orucov əlavə edib ki, ödənişləri mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə etmək mümkündür "Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunublar".

Məlumat üçün bidlirək ki, həftənin bazar günləri fəaliyyət göstərən zonalar üzrə parkinqlər pulsuzdur. 

Bakı şəhərində nəqliyyat vaitələrinin parklanmasına görə ödənişin MƏBLƏĞİ


21.08.2023 15:19
908

(MGID): :
OXŞAR XƏBƏRLƏR