64f941f8c568f202309232232
Bakıda BƏDBƏXT HADİSƏ: Güclü külək 9 yaşlı uşağın ölümünə səbəb oldu - FOTO

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.

Panarama.az APA-ya istinadən bildirir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.

Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb..

Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.

07.09.2023 07:15
273

(MGID): :
OXŞAR XƏBƏRLƏR