66da6ddbe2c48202409245003
Bakıda binalarda əxlaqsız hərəkətlər edən manyak peyda olub - ANBAAN GÖRÜNTÜLƏR

Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:

"Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir".

06.09.2024 06:43
168

(MGID): :
OXŞAR XƏBƏRLƏR