6803e15bb4d6d202504254603
Bakıda bir avtobus marşrutunun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLDİ

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

19.04.2025 21:44
119

(MGID): :
OXŞAR XƏBƏRLƏR