Bakıda kişi bədbəxt hadisənin qurbanı olub.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.
68 yaşlı N.Bayramovun yemək yeyərkən boğazında qida qalıb. O, nəfəs almaqda çətinlik çəkib və dərhal xəstəxanaya aparılıb, lakin yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.