Bakıda daha bir parkın ərazisinin genişləndirilməsi istiqamətində işlər aparılır.
Panarama.az baku.ws-ə istinadən xəbər verir ki, Xətai rayonunda "8-ci Zavod" küçəsi 29/1 ünvanında yerləşən "Sevgi" parkının ərazisinin genişləndirilməsi ilə bağlı işlər görülür.
Bununla əlaqədar şəhərin Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilir.