Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.
Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.
Bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.
Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.