65f14d11d3577202403245201
Bakıda bu ünvanda evlər söküləcək - Sakinlərə 500 AZN kirayə pulu və mənzillər veriləcək

Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq.

Panarama.az bildirir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət paytaxtın Nəsimi rayonunda yerləşən "Kubinka" adlanan ərazidən gedir. Bu ərazidə söküntü işləri aparılması barədə məlumat vermişdik. İndi isə "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq.

Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. 

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. "Kubinka"da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.

13.03.2024 10:50
3313

(MGID): :
OXŞAR XƏBƏRLƏR