Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Panarama.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb sözügedən yolda aparılacaq əsaslı təmir işləridir:
“Bununla əlaqədar olaraq 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq”.