Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Panarama.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.
Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.
Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)