68a555a5a843e202508255709

Bakıda dayanacağı yandıran şəxs SAXLANILDI... VİDEO

20 Avqust 2025
72
Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Panarama.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.


01:48


Sosial şəbəkələrdə metronun "Azadlıq" stansiyası yaxınlığında quraşdırılan smart tipli dayanacaqların birində antisanitar vəziyyətin yaranması barədə videogörüntülər yayılıb.

Kadrlarda dayanacağın içərisinin yandırıldığı da açıq-aşkar görünür.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında da pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, görüntülər araşdırılır.

Ətraflı süjetdə: