671c722cae945202410243804
Bakıda dayənin körpəyə rəftarı ilə bağlı görüntülər yayıldı - DİN-dən açıqlama - ANBAAN VİDEO

07:53

Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq göstərməsi ilə bağlı araşdırma aparılır.

Panarama.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

-------
00:17


Bakıda dayənin üç yaşlı uşaqla rəftarının videosu yayılıb.

Panarama.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü görünür.

Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.

Təqsirkarın kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

26.10.2024 08:37
192

(MGID): :
OXŞAR XƏBƏRLƏR