Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.
Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.
"Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.
Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
***
10:10
Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər qəfil qatarın qarşısına çıxıb.
Panarama.az bildirir ki, Oxu.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az qaldığından hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsalar da, hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqlıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə ADY bəyan edib.
Ətraflı Baku TV-nin süjetində: