66b042d533b95202408241117
Bakıda dəhşətli qəza: Avtobus 10-dan çox maşına ÇIRPILDI

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Yaralıların olduğu ehtimal edilir./oxu.az 

Həmin görüntüləri təqdim edirik:

05.08.2024 07:08
3061

(MGID): :
OXŞAR XƏBƏRLƏR