651b9cc4d926b202310234700
Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzilin hamam otağında bir ədəd paltaryuyan maşın və bir ədəd dolab yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./oxu.az

03.10.2023 08:46
230

(MGID): :
OXŞAR XƏBƏRLƏR