Bakının Sabunçu rayonunda ailə məişət zəminində bıçaqlanma olub.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
37 yaşlı Tapdıqova Təranə Gülverdi qızı həyat yoldaşı ilə dava edib.
Dava zamanı qadın bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.