671650cda2659202410240205
Bakıda evdən ər və arvadın meyiti tapıldı - YENİLƏNİB

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Panarama.az xəbər verir ki, Baş Prokurorluğunun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.


-------

14:10

Bakıda faciəli hadisə baş verib.

Panarama.az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən evlərdən birində İlqar Mehdiyevin və həyat yoldaşı Failanın meyitləri tapılıb.

İlkin məlumata görə onlar dəm qazından boğulublar. 

Araşdırma aparılır. 

21.10.2024 17:00
330

(MGID): :
OXŞAR XƏBƏRLƏR