65a9f09cdd396202401244636
Bakıda FHN-in texnikası qəzaya uğradı: xəsarət alanlar var - FOTOlar

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, "KIA" markalı minik avtomobili əks istiqamətində hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüausi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

19.01.2024 07:45
332

(MGID): :
OXŞAR XƏBƏRLƏR