
Bakıda güclü partlayış - İlk açıqlama - YENİLƏNİB - VİDEO
Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Panarama.az Mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
***
23:45
Müdafiə Sənayesi Nazirliyi "Alov" Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, "Alov" Zavodunda hər hansı partlayış, yanğın baş verməyib./milli.az
-------
23:25
Bakıda partlayış baş verib
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.