651c7041df890202310234921
Bakıda güclü yanğın: Ölən var

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 135 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 m² sahədə yanıb.

Panarama.az bildirir ki,  bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

03.10.2023 23:47
262

(MGID): :
OXŞAR XƏBƏRLƏR