65a4fbe49b821202401243324
Bakıda güclü yanğın: Ölənlər var - YENİLƏNİR - VİDEO - FOTO

13:22

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Panarama.az Milli.Az-a istinadən  xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

--------

13:10


Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.



12:45

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Panarama.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

----------

12:33


Partlayış baş verən ərazidən həssas görüntülərlər yayılıb.

12:23

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

---------

12:12


Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

--------

11:56


7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Panarama.az axar.az-a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə baş verib.


15.01.2024 13:30
387

(MGID): :
OXŞAR XƏBƏRLƏR