64df373fbbbdc202308231751
Bakıda həyətə girib maşını yandırdılar

Bakıda avtomobil yandırılıb.

 Panarama.az  Lent.az-a istinadən  Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb.

18.08.2023 13:14
133

(MGID): :
OXŞAR XƏBƏRLƏR