65982419a9b4e202401244529
Bakıda hotel yanır - ANBAAN VİDEO

Bakının Nəsimi rayonu, “Mərdanov qardaşları” küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə cəlb olunublar.

 

İlkin məlumata əsasən, yanğın hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasından başlayıb. Tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

 

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.


05.01.2024 19:44
550

(MGID): :
OXŞAR XƏBƏRLƏR