6535d38b20008202310235939
Bakıda iki maşın toqquşdu - FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı maşının sürücüsü dairəvi yolda hərəkətdə olarkən Azadlıq prospektindən gələn “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Chevrolet”də olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


23.10.2023 05:56
187

(MGID): :
OXŞAR XƏBƏRLƏR