65407e33034ed202310231027
Bakıda iki Pakistan vətəndaşı bıçaqlandı, biri öldü

Abşeron rayonu, Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Panarama.az APA-ya istnadla xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş verib. Hadisə nəticəsində bir pakistanlı ölüb, digəri ağır yaralanıb. Yaralanan şəxs  xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

31.10.2023 08:08
218

(MGID): :
OXŞAR XƏBƏRLƏR