6689985dc646c202407241749
Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

10.07.2024 03:23
503

(MGID): :
OXŞAR XƏBƏRLƏR