6750323647d7b202412244302
Bakıda it sahibini parçalayıb öldürdü

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

Panarama.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

04.12.2024 14:42
142

(MGID): :
OXŞAR XƏBƏRLƏR