Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Panarama.az Qlobal.net-ə istinadən xəbər verir ki, "APA-Economics" in əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.
Bakı Metropopoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyatı yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, keçidlərdəki mağazaların onlara aidiyyatı yoxdur.