64e329d6f1f19202308230942
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq (SƏBƏB)
"Bir neçə gündən sonra tələbələrin Bakıya axını başlayacaq və kirayə evlərin qiyməti artacaq”.
 
Panarama.az  Qaynarinfo-ya istinadən bildirir ki, bunu açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspert kirayə evlərə tələbatın ardığını bildirib: 

"Müstəqillik illərindən üzü bu yana ən çox 2023-2024-cü tədris ili üçün tələbə qəbulu olub. Nəzərə alsaq ki, məhz bu səbəbdən kirayə mənzilə təlabat daha çox olacaq və buna görə də kirayə bazarında evlərin qiymətində çətinliklər yaşanacaq. Bu il dövlət tərəfindən rekord sayda plan yerləri təsdiqlənib”.

Ekspert hesab edir ki, şişirdilmiş qiymət artımına nəzarət mezanizmi tətbiq edilməlidir: 



"Bunun aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir. Yaxşı olar ki, bu təkliflər iqtisadçılar tərəfindən irəli sürülsün. Rayondan gələn və kirayədə qalan tələbələrlə bağlı univeristetlərin özünün bir güzəşt paketi addımı olsa daha yaxşı olar. Ən azından hər tələbəyə əlavə 50 manat verilməsi onların kirayə qalmasına müəyyən dəstəkdir”. 

Ekspert başqa stimullaşdırıcı addım kimi əlavə yataqxanaların istifadəyə verilməsini təklif edib: 

"Yataqxanalar 4-5 ilə hazır olur. Ona kimi universitetlər müəyyən podratçı şirkətlərlə müqavilə bağlaya bilər ki, orada tələbələr daha ucuz qiymətə kirayə tuta bilsin. Məncə, bu iki təklif keçərli olsa, tələbələr mənzil bazarındakə bahalaşmadan çox əziyyət çəkməyəcəklər”.


21.08.2023 13:07
253

(MGID): :
OXŞAR XƏBƏRLƏR