Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Hadisə paytaxtın Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, yolun kənarına park edilən avtomobildə kişi və qadın arasındakı mübahisə dava ilə nəticələnib. Bu zaman kişi sükan arxasından düşərək qadını vurmağa başlayıb. Daha sonra onlar yollarına davam ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik: