(MGID): :
6818d177c1611202505255551
Bakıda LEYSAN gözlənilir: Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Panarama.az xəbər verir ki, bu barədə Oxu.Az-a xidmətdən məlumat verilib.

Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


15:02


Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında isə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

05.05.2025 18:53
299

(MGID): :
OXŞAR XƏBƏRLƏR