Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub
Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 9 şagird və 1 müəllim qızılcaya yoluxub. Panarama.az BAKU.WS-a istinadla xəbər verir ki, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb. Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir.