66c988b57f13d202408241605
Bakıda maşının qapısını bərk örtmək üstündə mübahisə düşdü - İş məhkəməyə getdi

Nərimanov rayonunda xanım müştəri onu söyən taksi sürücüsünü məhkəməyə verib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, Samirə Əsgərova (ad-soyad şərti-red) hakimdən sürücünün cəzalandırılmasını xahiş edib.

Hadisəyə gəlincə, protokoldan görünür ki, Samirə taksiyə əyləşdikdən sonra maşının qapısını bərk örtüb. Sürücü ona yavaş olmasını dedikdə isə o, "yaxşı edirəm, mən evdə də qapını belə örtürəm", - deyərək təkrar qapını açıb və daha möhkəm çırpıb. Müştərinin hərəkətlərindən əsəbiləşən sürücü "siz dəlisiniz?!" deyə sual edib və sərnişini söyüb.

Bundan sonra xanım şikayət edib.

Nərimanov Rayon Məhkəməsi taksi sürücüsünün hərəkətini xırda xuliqanlıq kimi qiymətləndirib. Sürücü 50 manat cərimə olunub.

24.08.2024 11:14
122

(MGID): :
OXŞAR XƏBƏRLƏR