66d2a74043d82202408241648
Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi

Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib.

Panarama.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən parkda baş verib.

Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa oturaraq tanış olmaq istədiyini bildirib.

Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb.

Qızın şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib.

31.08.2024 06:58
124

(MGID): :
OXŞAR XƏBƏRLƏR