Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verib.
Panarama.az 7Times.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.