6764fe7ce605e202412241956
Bakıda qadın ərini bıçaqladı

Bakının Suraxanı rayonunda qadın 43 yaşlı kişini bıçaqlayıb.

Panarama.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə məscidinin yanında yerləşən evdə 1981-ci il təvəllüdlü Abbasov Amil Tərlan oğlu həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın ərini bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparılır. /APA

20.12.2024 09:19
254

(MGID): :
OXŞAR XƏBƏRLƏR