Bir zamanlar məşhur olan "7-17" mahnı müsabiqəsinin yetirmələrindən olmuş Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) MTV telekanalında yayımlanan "Solo star" verlişində iştirak üçün qatılıb.
Panarama.az Parol.az-a istinadla xəbər verir ki, vaxtı ilə gələcəyin ulduz müğənnilərindən olacağı gözlənilən xanım ifaçı 30 ilə yaxındır efirlərdən uzaq düşüb.
Gülnarə Kərimbəyova indi dolanmaq üçün marketdə çalışdığını bildirib:
"Hazırda mən marketdə işləyirəm, aşbazam. Amma axşamlar oxuyuram da".