650fd0785077b202309230024
Bakıda qayınata kürəkənini bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Panarama.az  APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


24.09.2023 09:58
332

(MGID): :
OXŞAR XƏBƏRLƏR